RU
Rusiya Türkiyə qarşısında geri çəkildi
17:42
1000

Rusiya Türkiyə qarşısında geri çəkildi

Rusiya tekstil sahəsində Türkiyə məhsullarına qarşı tətbiq etdiyi embarqonu götürüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, buna səbəb Rusiyanın bu sahədə Türkiyəyə sərfəli alternativ tapmaması olub.

Türkiyənin tekstil malları istehsalı üzrə ixtisaslaşmış Bursa şəhər bələdiyyəsi bəyan edib ki, əvvəlki illərdə olduğu kimi, hazırda da alıcılar arasında Rusiya, ərəb və Balkan ölkələri üstünlük təşkil edir. Rusiya digər sahələrdə Türkiyəyə embarqo tətbiq etsə də, ancaq bu sanksiyalar tekstil məhsullarına şamil edilmir.

Rusiyanın Statistika Komitəsinin açıqladığı məlumata görə isə bu ölkənin tekstil məhsulları aldığı ölkələr arasında Almaniya birinci, Türkiyə isə ikinci yerdə dayanır.
Üçüncü yerdə isə Çin məhsullarıdır.

Statistikaya görə, 2011-ci ildə Türkiyədən Rusiyaya 1 milyard, 2012-ci ildə isə 1 milyard 135 milyon dollar dəyərində tekstil məhsulları satılıb. Bu rəqəm ildən-ilə artmaqdadır.

7news.az

Rusiya Türkiyə qarşısında geri çəkildi - FOTO

 

Rusiya Türkiyə qarşısında geri çəkildi - FOTO

Rusiya Türkiyə qarşısında geri çəkildi - FOTO

Rusiya Türkiyə qarşısında geri çəkildi - FOTO

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ