Rusiyanın Müdafiə Nazirliyi fevralın 3-də Suriyanın İdlib əyalətində terrorçular tərəfindən vurulan "Su-25” tipli hərbi təyyarənin mühərriki daxil, bütün hissələrinin tapılması üçün Türkiyədən yardım istəyib.
7News.az Türkiyənin "Akşam” saytına istinadən xəbər verir ki, təyyarə zenit-raket kompleksi ilə vurulub.
Qeyd edək ki, pilot katapult etməyə imkan tapsa da, sonradan silahlılarla döyüşərək həlak olub. Məhz pilotun katapult etdiyi ərazi "Cəbhət ən Nüsrə” qruplaşmasının nəzarətində olub.








