Müdafiə Nazirliyi müfaviq videonu əldə edib.
Rusiya Müdafiə Nazirliyi Suriyanın Türkiyə ilə həmsərhəd yaşayış məntəqələrinin bu ölkə tərəfindən artilleriya atəşinə məruz qalmasına dair təkzibedilməz dəlillərə malikdir.
Bu barədə nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.
Konaşenkovun sözlərinə görə, Müdafiə Nazirliyi müvafiq videonu Suriya müxalifətindən əldə edib.
Çəkilişlərdə iriçaplı özüyeriyən artilleriya qurğularının sərhədyanı zastavada yerləşdirilməsi görünür, general-mayor qeyd edib. “Bax, bu faktdır”, - Konaşenkov deyib./oxu
7news.az








