RU
Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirir
15:05
341

Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirir

Putin sərəncam imzalayıb.

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyaların tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

“Rusiya prezidenti V.Putin Rusiya Federasiyasının prezidentinin “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin edilməsi və Rusiya Federasiyasının vətəndaşlarının cinayətkar və digər qeyri-qanuni fəaliyyətlərdən mühafizəsi üzrə tədbirlər və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” 28 noyabr 2015-ci il tarixli № 583 sərəncamına dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb” – deyə, məlumatda bildirilir.

***

Rusiya Türkiyənin qeyri-dost hərəkətinə cavab olan tədbirlər siyahısını genişləndirəcək.

Bunu Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviç “Rusiya 24” telekanalının efirində deyib.

“Biz qarşımıza Türkiyə ilə əməkdaşlıqdan tam imtina etməyi məqsəd kimi qoymamışıq, hesab edirik ki, qeyri-dost hərəkətə eyni şəkildə cavab vermək lazımdır və biz bu cür cavabı bir neçə gün əvvəl verməyə başlamışıq. Növbəti addımlar da atılacaq ki, bu barədə xəbər verəcəyik.

Eyni cür reaksiya olmayana qədər, biz ardıcıl qaydada bu istiqamətdə hərəkət edəcəyik. Eyni reaksiya deyərkən, Rusiya prezidentinin dediyini nəzərdə tuturam”, - deyə Dvorkoviç bildirib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ