RU
Rusiya uçot dərəcəsini artırdı
17:07
828

Rusiya uçot dərəcəsini artırdı

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,5%-dən 7,75%-ə yüksəldib.

7News.Az xəbər verir ki, faiz artımı qısamüddətli dövrdə ölkədə inflyasiya risklərinin cilovlanması məqsədi daşıyır.

"Xarici şərtlərin gələcək inkişafı hələ də qeyri-müəyyən olaraq qalır. Eyni zamanda, ƏDV-nin qaldırılması ilə qiymətlərin artması və inflyasiya gözləntiləri var”.

Mərkəzi Bank qeyd edib ki, 2019-cu ildə inflyasiyanı 5,0–5,5%, 2020-ci ildə 4% proqnozlaşdırır. Mərkəzi Bank inflyasiyanın gələcək dinamikasından asılı olaraq, uçot dərəcəsinin qaldırılmasını qiymətləndirəcək. Burada xarici şoklar da nəzərə alınacaq.

Xatırladaq ki, oktyabr ayında Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək 7,5%-də saxlamışdı.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ