RU
Rusiya-Ukrayna arasında sülhün bərqərar olması üçün danışıqlara başlanılacaq
14:30
45

Rusiya-Ukrayna arasında sülhün bərqərar olması üçün danışıqlara başlanılacaq

Səudiyyə Ərəbistanı hökuməti Ukraynada sülhün bərqərar olması üçün avqustun ilk həftəsində beynəlxalq sülh sammitinə ev sahibliyi etməyə hazırlaşır.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, "Wall Street Journal” da  yer alan xəbərə görə, sammitdə Qərb ölkələri və Ukrayna ilə yanaşı, Hindistan və Braziliya kimi inkişaf etməkdə olan ölkələrdən də nümayəndələrin iştirakı gözlənilir.

Sammit öncəsi görüşlərdə iştirak edən diplomatların verdiyi məlumata görə, avqustun 5-6-da Ciddədə keçirilməsi planlaşdırılan sammitə 30-a yaxın ölkənin rəsmiləri qatılacaq.
 
Görüşdə Ukrayna tərəfinin irəli sürdüyü 10 maddəlik "sülh formulu” müzakirə ediləcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ