RU
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb - YENİLƏNİB
22:06
194

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb - YENİLƏNİB

"Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyiş var”.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

Podolyak əlavə edib ki, atəşkəs və təhlükəsizlik təminatı ilə yanaşı, əsas siyasi məsələlər üzrə intensiv məsləhətləşmələr davam etdirilib.


21.56

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Belovejskaya Puşada keçirilən danışıqların üçüncü raundu başa çatıb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Rusiyanın Belarusdakı səfirliyi Teleqram kanalında məlumat yayıb.

Danışıqların 3 saat davam etdiyi bildirilir.


21.52

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başa çatıb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.



18.12

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ