RU
Rusiya-Ukrayna qarşıdurması İsraili çətin vəziyyətə salıb
22:30
630

Rusiya-Ukrayna qarşıdurması İsraili çətin vəziyyətə salıb

"Rusiya-Ukrayna böhranı İsraili çətin vəziyyətə salıb. Çünki ikinci ən böyük yəhudi icması Rusiyada, beşinci ən böyük yəhudi icması isə Ukraynadadır. Rusiya-Ukrayna böhranı ilə bağlı ehtiyatlı davranmaq öhdəliyimiz var”.

7NEWS.Az xəbər verir ki. bunu "axios”a açıqlamasında İsrailin xarici işlər naziri Yair Lapid deyib.

"Hələlik İsrailin qiymətləndirməsi ondan ibarətdir ki, biz tezliklə şiddətli qarşıdurma görməyəcəyik. Mən də orada dünya müharibəsinin başlayacağını düşünmürəm”, - Lapid qeyd edib.

O əlavə edib ki, İsrail həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərdə unikal vəziyyətdədir. O, ötən ilin oktyabrında Qüdsdə Rusiya-Ukrayna sammitinin keçirilməsini təklif edib.

Nazirin sözlərinə görə, İsrail Rusiya-Ukrayna böhranı diqqəti İranla Vyana nüvə danışıqlarından yayındıracağından narahatdır.

"Təhlükəli hadisələrin qarşısını almaq üçün Birləşmiş Ştatların bu məsələyə daha çox diqqət yetirməsini istərdik”, - o əlavə edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ