RU
Rusiya Ukraynada hərbi əməliyyat başlayandan bəri məhv etdiyi texnikaların sayını açıqlayıb
00:00
1735

Rusiya Ukraynada hərbi əməliyyat başlayandan bəri məhv etdiyi texnikaların sayını açıqlayıb

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 130 təyyarəni məhv edib.

7NEWS.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 130 təyyarə, 99 helikopter, 244 zenit-raket kompleksi, 445 pilotsuz uçuş aparatı, 2153 tank və digər zirehli döyüş maşını, 241 reakstiv yaylım atəşi sistemi, 924 səhra artilleriya qurğusu və 2063 hərbi avtomobil məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ