RU
Rusiya Ukraynadakı hərbi əməliyyatların nə vaxt başa çatacağına aydınlıq gətirib
18:20
157

Rusiya Ukraynadakı hərbi əməliyyatların nə vaxt başa çatacağına aydınlıq gətirib

"Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, əməliyyatların nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb: "Əməliyyatlar vaxtında və tamamlandıqdan sonra başa çatacaq”.

D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür: "Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda, mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ