RU
Rusiya ukraynalı generalları axtarışa verdi
12:00
111

Rusiya ukraynalı generalları axtarışa verdi

Rusiya 3 ukraynalı generalı axtarışa verib.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb. 

Sözügedən şəxslər arasında Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının rəisinin birinci müavini İqor Kolesnik də var. 

"Ukraynalı generallar Donbasda 500-dən çox dinc sakinin ölümündə ittiham olunurlar”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, Rusiya DİN mayın 30-u Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnını da axtarışa verib. Onun hansı maddə üzrə axtarışa verildiyi açıqlanmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ