RU
Rusiya Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyini dəyişib
23:00
355

Rusiya Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyini dəyişib

Rəsmi Moskvanın Ukraynanın Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı mövqeyi dəyişib.

7NEWS.Az-ın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.
"Kiyevin Aİ-yə daxil olmaq istəyi ilə bağlı Rusiyanın mövqeyi dəyişib. İndi bu, Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqe ilə oxşardır", - deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, Ukrayna-Rusiya danışıqları zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski Moskvanın Kiyevin Aİ-yə qoşulmasına qarşı olmadığını bəyan etmişdi.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ