RU
Rusiya Ukraynanın mərkəzindəki şəhərə raket zərbəsi endirib, ölənlər və yaralananlar var
11:20
105

Rusiya Ukraynanın mərkəzindəki şəhərə raket zərbəsi endirib, ölənlər və yaralananlar var

Rusiya raketinin dəyməsi və ya qalıqlarının yaşayış binasına düşməsi nəticəsində Ukraynanın Çerkassı vilayətinin Uman şəhərində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Bu barədə vilayətin administrasiya rəhbəri İqor Taburets teleqramda bildirib.  

Taburets ərazidə xilasedicilərin işlədiyini qeyd edib.

06:55
Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərinə, o cümlədən Çerkassı vilayətinə genişmiqyaslı raket hücumu nəticəsində sözügedən regionun Uman şəhərində doqquzmərtəbəli yaşayış evi raket zərbəsinə məruz qalıb.

Sosial şəbəkədə yayılan görüntülərdən çoxmərtəbəli yaşayış binasının bir blokunun çökdüyü məlum olur.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Çerkassı vilayət polisinin mətbuat katibi Zoya Vovk raketin yaşayış binasına düşməsi ilə bağlı məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, hazırda ərazidə xilasedicilər, həkimlər və polis işləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ