RU
Rusiya Ukraynanın paytaxtına hücum edib, ölən və yaralananlar var
11:27
365

Rusiya Ukraynanın paytaxtına hücum edib, ölən və yaralananlar var

Kiyevdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu zamanı Ukrayna hərbçiləri düşmənin 20-dən çox hava hədəfini vurub. Bununla belə, "Şahedlər”in ikinci dalğası gözlənilir.

Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

"Hava Hücumundan Müdafiə Qüvvələri artıq Kiyevə doğru hərəkət edən 20-dən çox PUA-nı məhv edib. Lakin paytaxta yeni pilotsuz uçuş aparatları dalğası gəlir", - o qeyd edib.

Mer həmçinin şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.

"Təhlükəsizliyinizə laqeyd yanaşmayın. Gecə çətin olacaq", - mer vurğulayıb.

Digər mətbu orqanlar hücum zamanı paytaxtın Qoloseyevsk rayonunda bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını xəbər veriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ