RU
Rusiya Ukraynaya nota göndərdi
19:36
486

Rusiya Ukraynaya nota göndərdi

Rusiyanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası verib.

Notada sentyabrın 17-də gecə Rusiyanın Kiyevdəki səfirliyinə hücumla bağlı araşdırma aparılması və diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması tələb olunur.

Qeyd edək ki, Rusiyanın Kiyevdəki səfirliyi sentyabrın 17-də gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, 20-dək naməlum şəxs diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıb.

Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya da ciddi ziyan dəyməyib./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ