Rusiya Silahlı Qüvvələri Kiyevdə hərbi zavodun istehsalat binalarına zərbə endirib.
7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Havadan buraxılan yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyevdəki zirehli zavodun və Nikolayevdəki hərbi texnika təmiri sexinin istehsalat binaları məhv edilib”, - Rusiya MN sözçüsü qeyd edib.
7NEWS.Az








