RU
Rusiya və ABŞ bir-birinə “raket” notası verdi
17:01
337

Rusiya və ABŞ bir-birinə “raket” notası verdi

Rusiya və ABŞ Orta və yaxınmənzilli raketlər haqqında müqavilə (OYMRM) ilə bağlı vəziyyətlə əlaqədar bir-birinə nota verib. 

Bununla bağlı Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuat konfransında məlumat verib. 

O deyib ki, fevralın 2-də ABŞ Moskvanı razılaşmanı pozmaqda ittiham edərək, Rusiya tərəfinə nota verib. Cavab notası fevralın 4-də ABŞ səfirliyinə təqdim edilib. 

"Orada biz əsassız, mənasız iddiaları qətiliklə rədd etdik”, - Ryabkov bildirib.

Nazir müavini əlavə edib ki, Vaşinqton tərəfinin razılaşmaya əməl edəcəyi vaxtadək Rusiyanın sazişdən çıxması ilə bağlı ABŞ tərəfi məlumatlandırılıb. XİN-dən bildirilib ki, ABŞ tərəfi 1999-cu ildən ballistik raketləri sınaqdan keçirməklə razılaşmanı pozur. Ryabkov qeyd edib ki, bu raketlər xarakterinə görə orta və yaxınmənzilli raketlərə aiddir. 

Fevralın 6-da ABŞ dövlət katibinin silahların idarə edilməsi və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Andrea Tompson bəyan edib ki, ABŞ OYMRM-dən çıxdıqdan sonra müqavilə ilə qadağan olunmuş raketləri istehsal etməyə hazırlaşır. 

Fevralın 2-də Rusiya prezidenti Vladimir Putin ABŞ-ın analoji addımına cavab olaraq, Rusiyanın OYMRM-dən çıxdığını bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ