RU
Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub
23:47
786

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ-ın müdafiə naziri Eşton Karter son bir ildə ilk dəfədir ki rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon bağlantısı qurub.

Bu barədə Pentaqonun mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, nazirlər Suriyadakı vəziyyəti müzakirə ediblər, ölkədə silahlı münaqişənin nizamlama yolları və İŞİD-lə mübarizə ilə bağlı dialoqu davam etdirəcəklərini vurğulayıblar.

Nazirlər arasında söhbət 50 dəqiqə davam edib. Bu, Rusiya və ABŞ müdafiə nazirləri arasında 2014-cü ilin avqustundan bəri ilk danışıq olub. O zaman Şoyqu Karterdən əvvəl Pentaqon rəhbəri olmuş Çak Heyqellə danışıqlar aparıb./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ