Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.
7NEWS.Az-ın Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, telefon danışığı Aİ-nin xüsusi nümayəndəsinin təşəbbüsü ilə baş tutub.
A. Rudenko və T. Klaar danışıqları zamanı Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə Beynəlxalq Müzakirələrində mövcud vəziyyəti, eləcə də Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinin gedişatını ətraflı müzakirə ediblər.
7NEWS.Az








