RU
Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin yubileyinə hazırlıq gedir
18:10
227

Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin yubileyinə hazırlıq gedir

"Gələn il Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olacaq. Hazırda həm rəsmi, həm də mədəni-humanitar istiqamətdə müvafiq tədbirlər planının razılaşdırılması tamamlanmaq üzrədir”.

7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

"Yaxın zamanda müvafiq informasiya paylaşılacaq”, - o deyib.

Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, gələn il Rusiya ilə bir sıra MDB ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi tamam olacaq.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ