RU
Rusiya və Ermənistan havadan müdafiə sistemi yaradır
21:15
434

Rusiya və Ermənistan havadan müdafiə sistemi yaradır

Rusiya və Ermənistan ortaq havadan müdafiə sisteminin yaradılması haqqında razılığa gəlib.

7news.az xəbər verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistan Müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Məlumata görə, görüş zamanı 2016-cı il üçün nəzərdə tutulan birgə hərbi fəaliyyətlər haqqında müzakirələr aparılıb.

Şoyqu iki ölkənin 2015-ci ildə birgə həyata keçirdiyi hərbi təlimləri xatırladıb.

Ohanyan da öz növbəsində Rusiyanın bu dəstəyinə görə təşəkkürünü bildirib.

Müzakirələrin sonunda hər iki nazir Qafqaz bölgəsində kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə ortaq havadan müdafiə sistemlərinin yaradılması haqqında razılaşma imzalayıblar.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ