RU
Rusiya və Ermənistan sərhədçiləri Qarabağda təlim keçirdi -  QALMAQAL
17:14
589

Rusiya və Ermənistan sərhədçiləri Qarabağda təlim keçirdi - QALMAQAL

Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçiriib.

 

Ermənistan KİV-i xəbər verir ki, təlimlərdə İran-Ermənistan sərhəddini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisindək keçirildiyi açıqlanıb.

 

"İran-Ermənistan sərhəddini keçən 2 şərqi sərhəd pozucusu Ermənistanla "Dağlıq Qarabağ Respublikası”nın inzibati sərhəddini aşaraq dağlıq ərazidə gizlənməyə cəhd edib. Pozuculardan biri dağlıq ərazidə, digəri isə dron vasitəsilə yaxalanıb" – deyə rəsmi açıqlamada deyilir.

 

Xatırladaq ki, Rusiya 1992-ci il 30 sentyabr razılaşmasına uyğun olaraq Ermənistan-İran və Ermənistan –Türkiyə sərhədlərini qoruyur. modern.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ