RU
Rusiya və Əsəd rejimi Türkiyə sərhəddini bombaladı — Xeyli sayda ölü var
11:10
386

Rusiya və Əsəd rejimi Türkiyə sərhəddini bombaladı — Xeyli sayda ölü var

Suriyanın İdlib vilayətində dinc əhalinin yerləşdiyi ərazi darmadağın edilib.

Əməliyyat Rusiya və Bəşər Əsəd rejiminə məxsus bombardımançı təyyarələr tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində Türkiyə ilə sərhəd olan İdlib vilayətində qətliam yaşanıb. Bombaların çoxu dinc əhalinin məskunlaşdığı evlərə düşüb. Təxminən 30-dan çox ev darmadağın olub. Əməliyyat nəticəsində 40 dinc sakin ölüb, 100-ə yaxın insan yaralanıb.
Ölənlər arasında uşaqlar, qadınlar və yaşlılar daha çoxdur. Türkiyə müxbirinin verdiyi məlumata görə, sentyabrın 29-u səhər saatlarından başlayaraq İdlib vilayəti bombalanıb./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ