Fevralın 4-də Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edəcək və XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.
Səfər zamanı yüksək səviyyəli danışıqlar, Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır. Ticarət-iqtisadi, enerji, maliyyə və investisiya, elmi-texniki və humanitar sahələrdə praktiki əməkdaşlıq məsələlərinin geniş spektri nəzərdən keçiriləcək.
Liderlər həmçinin aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Səfərin yekununda əsas dünya problemlərinin həllində Rusiya və Çinin ümumi yanaşmalarını müəyyən edəcək birgə bəyanatın qəbul edilməsi nəzərdə tutulur.
----
Rusiya prezidenti Vladimir Putin və Çin xalq partiyasının sədri Si Cinpin yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlərlə bağlı birgə bəyanat qəbul edəcək və üzbəüz söhbət edəcəklər.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Putinlə Çinə Lavrov, energetika naziri Şulqinov, baş nazirin müavini Çernışenko və Seçin, eləcə də özü gedəcək.
Qazprom prezidenti Millerin Çinə getməmə səbəbi barədə suala isə prezidentin köməkçisi pandemiya səbəbindən Çinin Putini müşayiət edən heyəti 20-25 nəfərdən 6 nəfərə endirdiyini bildirib.
Uşakov Pekində iki ölkə arasında sənədlər paketi imzalanacağını, o cümlədən qaz sazişlərinin hazırlandığını söyləyib./apa
7NEWS.Az








