1956-cı ildə İngiltərə ilə imzalanan balıqçılıq müqaviləsi Rusiya prezidenti Vladimir Putinin imzası ilə ləğv edilib.
7NEWS.az xəbər verir ki, Rusiya İngiltərə ilə imzaladığı balıqçılıq müqaviləsini ləğv edib. Putinin imzaladığı fərmanla Britaniya balıqçılarına Rusiyanın Barents dənizi sahillərində balıq tutmaq qadağan edilib. 1956-cı ildə İngiltərə ilə Sovet İttifaqı arasında imzalanan müqavilə çərçivəsində İngilis balıqçı gəmiləri Barents dənizinin müəyyən bölgələrində balıq tuta bilərdi.
7NEWS.az








