Rusiya və İngiltərə milli komandaları “Avro-2016”dan kənarlaşdırıla bilər.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qurumun İcraiyyə Komitəsi bu gün yaydığı bəyanatda bildirib ki, əgər iki ölkənin komandaların azarkeşləri yarışın keçirildiyi müddətdə iğtişaşları davam etdirsə, o zaman qitənin ali futbol qurumu sərt tədbirlərə əl atmalı olacaq. O tədbirlər sırasında komandaların yarışdan uzaqlaşdırılması kimi xəbərdarlıq da yer alıb.
Qeyd edək ki, rus və ingilis azarleşləri arasında Marsel şəhərində baş verən davada 30-dan çox insan yaralanıb. Dünən Rusiya və İngiltərə komandaları arasında keçirilən oyunda və sonra azarkeşlər arasında qalmaqal davam edib. Bu gün isə UEFA Rusiya Futbol İttifaqına qarşı intizam işi açıb.
7news.Az








