Müharibə baş verəcəyi halda, ABŞ-ın ərazisi Rusiya və Çin silahlarından xilas ola bilməyəcək.
7News.Az xəbər verir ki, "Military Times” nəşrinin yazdığına görə, bu haqda ABŞ-ın Silahlı qüvvələrinin Şimal komandanlığı və Şimali Amerikanın hava-kosmik müdafiəsi Komandanlığının başçısı, general Terrens Oşonessi bildirib.
General ABŞ-ın Milli Qvardiyası Assosiasiyasının 140-cı konfransında çıxışında Birləşmiş Ştatların müdafiə strategiyasını tamamilə dəyişməyə çağırıb.
"Biz ölkəmizin müdafiəsini yenidən fikirləşməliyir. Fikirləşməliyik ki, gücünə görə bərabər rəqibdən necə qorunacağıq”, - o əlavə edib.
Bundan başqa, general bildirib ki, Pentaqon ən yeni silahlar qarşısında müdafiəsiz olmamaq üçün üsullar axtarır.
7News.Az








