RU
Rusiya və İranın XİN başçıları Türkiyəyə səfər edəcəklər
14:20
669

Rusiya və İranın XİN başçıları Türkiyəyə səfər edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Məhəmmədcavad Zərif bu həftənin sonunda Türkiyəyə səfər edəcəklər.

7news.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, 3 ölkənin XİN başçıları Antalyada görüşəcəklər.

Nazirlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya rəhbəri Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçiriləcək üçtərəfli sammitində müzakirə olunacaq məsələlərin detallarını nəzərdən keçirəcəklər. 

Qeyd edək ki, üç ölkənin lideri Suriyadakı və bölgədəki vəziyyət müzakirə edəcək. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ