Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyada hərbi əməliyyatlar zamanı hava uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısı alınması haqqında memorandum imzalayıblar.
Sənəd Rusiya Müdafiə Nazirliyində Suriyada "İslam dövləti” terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.
"Memorandum Suriya ərazisində terrorçuların mövqelərinə zərbələr zamanı Rusiya Hava-Kosmik Qüvvələri və türkiyə Hərbi Hava Qüvvələri arasında qarşılıqlı fəaliyyət və koordinasiya mexanizmini müəyyən edir”, - sənəddə deyilir./oxu.az
7news.Az








