Rəsmi Moskva və Ankara Türkiyəyə S-400 "Triumf” zenit-raket komplekslərinin tədarükü barədə müqavilə imzalayıblar.
Bu barədə "İnterfax" nəşri Hərb-texniki Əməkdaşlıq üzrə Federal Xidmətə istinadən məlumat yayıb.
"Hazırkı mərhələdə məsələnin həssaslığını nəzərə alaraq, bütün detalları açıqlaya bilmərik”, - mənbə deyib.
Qurumdan bildiriblər ki, müqavilənin şərtlərini yalnız müştəri şərh edə bilər.
"Bununla belə, onu da qeyd etmək lazımdır ki, S-400 komplekslərinin Türkiyəyə tədarükü Rusiya Federasiyasının geosiyasi maraqlarına uyğundur”, - mənbə əlavə edib./oxu
7news.Az








