7NEWS.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin olduğunu bildirib. Açıqlamada əsir mübadiləsi nəticəsində Rusiyanın Kursk bölgəsində əsir götürülən 103 rus əsgərinin azad edildiyi, 103 Ukrayna hərbçisinin isə Ukrayna tərəfinə təhvil verildiyi bildirilib. Bəyanatda azadlığa buraxılan rusiyalı hərbçilərin hazırda Belarusda olduğu, onlara lazımi psixoloji dəstək və sağlamlıqla bağlı yardım göstərildiyi, yaxınları ilə əlaqə saxlamaq imkanı verildiyi bildirilib.
7NEWS.az








