Rusiya "casusluq”da ittiham etdiyi "Wall Street Journal”ın (WSJ) müxbiri Evan Gerşkoviçin həbs müddətini noyabrın 30-dək uzadıb.
7NEWS.az xəbər verir ki, həbs müddəti avqustun 30-da başa çatacaq Qerşkoviç bu gün Moskvada hakim qarşısına çıxıb. Qapalı keçirilən iclasdan sonra məhkəmə Qerşkoviçin həbs müddətinin noyabrın 30-dək uzadılmasına qərar verib.
7NEWS.az








