RU
Rusiya
17:50
129

Rusiya "WhatsApp"ı yüksək məbləğdə cərimələdi

Rusiya WhatsApp-ı böyük məbləğdə cərimələyib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya məhkəməsi WhatsApp-ı qadağan olunmuş məzmunlu söhbət otağını silmədiyinə görə 3 milyon rubl (təxminən 37 min dollar) cərimələməyə qərar verib.

Paytaxt Moskvada məhkəmədə baxılan işdə WhatsApp vasitəsi ilə qeyri-qanuni yolla antidepresan satıldığı müəyyən edilib.

Məhkəmə Rusiyanın müvafiq qurumlarının tələbinə baxmayaraq WhatsApp-ın qrupu silmədiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və məhkəmə WhatsApp-ı 3 milyon rubl cərimələyib.

Belə ki, "WhatsApp” Rusiyada ilk dəfə qadağan olunmuş məzmunu silmədiyi üçün cərimələnib, halbuki şirkət əvvəllər müxtəlif səbəblərdən cərimələnib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ