RU
Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru ölüb
18:50
970

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru ölüb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, ordu generalı Vyaçeslav Trubnikov 77 yaşında ölüb.

Məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.

V.Trubnikov 1994-cü il aprelin 25-də Rusiyanın İrkutsk vilayətində anadan olub. 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru, 2000-2004-cü illərdə Rusiya xarici işlər nazirinin birinci müavini, 2004-2009-cu illərdə Rusiyanın Hindistandakı səfiri işləyib.

Qeyd edək ki, o, 1971-1977-ci illərdə "Novosti” xəbər agentliyinin müxbiri adı altında Hindistan və Banqladeşdə uzunmüddətli ezamiyyətdə olub./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ