“Bütün hədəflər məhv edilib”.
Rusiya Xəzər dənizində olan gəmiləri “İslam Dövləti” (İŞİD) ekstremist qruplaşmasının Suriya ərazisindəki mövqelərinə 18 raket zərbəsi endirib.
Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.
“Bu gün Xəzər donanmasının gəmiləri Raqqa, İdlib və Hələbdəki hədəflərə 18 qanadlı raket buraxıb. Bütün hədəflər məhv edilib”, — Şoyqu bildirib./oxu
7news.az








