Moskva Mərkəzi-Şərqi və Cənub-Şərqi (Avropa və Baltikyanı ölkələrdə yerləşdirilən bütün ABŞ silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israrlıdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş Amerika tərəfinin təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına yazılı reaksiyada deyilir.
"Biz ABŞ-ın Mərkəzi-Şərqi, Cənub-Şərqi və Baltikyanı ölkələrdə yerləşdirilən bütün silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israr edirik. Əminik ki, bu zonalarda milli potensial kifayət qədərdir. Biz bu mövzunu Rusiya müqavilə layihəsinin 4-cü və 5-ci maddələr əsasında müzakirə etməyə hazırıq”, - deyə sənəddə deyilir.
18:09
Rusiya XİN ABŞ-ın təhlükəsizlik təminatları ilə bağlı təklifinə mövqeyini açıqlayıb.
7NEWS.Az Rusiya XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Moskva Vaşinqtonun təkliflərinə 11 səhifəlik cavab verib.
7NEWS.Az








