"Rəsmi Vaşinqton müttəfiqləri ilə birlikdə faktiki olaraq Pxenyanı raket buraxılışları həyata keçirməyə və hərbi hazırlıqlar aparmağa təhrik edir, Koreya Xalq Demokraik Respublikası (KXDR) sadəcə Qərbin hərəkətlərinə cavab verir".
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi KXDR-in iyulun 12-də buraxdığı raketin Rusiyanın eksklüziv iqtisadi zonasına düşməsi ilə bağlı məlumatları araşdırır, lakin hələlik bunu təsdiqləyən heç bir məlumat yoxdur.








