RU
Rusiya XİN Azərbaycan və Ermənistanı tezliklə sərhədlərin demarkasiya və delimitasiyasına başlamağa çağırıb
18:02
108

Rusiya XİN Azərbaycan və Ermənistanı tezliklə sərhədlərin demarkasiya və delimitasiyasına başlamağa çağırıb

"Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir”.

7NEWS.Az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirən Rusiya XİN rəsmisi tərəfləri təmkinli olmağa çağırıb.

"Rusiya vasitəçilik səylərini davam etdirir. Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdadır”, - M. Zaxarova vurğulayıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ