“Rusiya – Türkiyə sərhədinə beynəlxalq müşahidəçilər yerləşdirilsin”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Ankaraya hörmət əlaməti olaraq Suriyaya gedən yük maşınlarının yoxlanması üçün gömrük qapılarına beynəlxalq müşahidəçiləri dəvət etməyi təklif edirik. Bu, Ankaranın dedikləri doğrudursa, Türkiyənin qaçaqmalçılığa qarışdığı ilə bağlı xəbərləri və bununla bağlı ittihamları aradan qaldırmağın ən asan yoludur”, - deyə Zaxarova söyləyib./qafqazinfo
7news.Az








