Rusiya hərbi təlimlər keçirir. Çünki qonşu Ukrayna və region silahla doldurulur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə bildirib.
"Qərbin Rusiya və Belarusun təlimlərinə qarşı kampaniyasının məqsədi Kiyev rejiminə silahlar göndərilməsi üçün informasiya pərdəsi yaratmaqdır. Təhlükəsizliyə əsl təhdid Rusiya-Belarus təlimləri deyil, Qərbin özünün İttifaq dövlətinin sərhədləri yaxınlığında qüvvələr toplamaq üçün atdığı addımlardır”, - o əlavə edib.
Rusiya XİN rəsmisi bu addımların nəticələrinin görünməz olduğunu söyləyib.
7NEWS.Az








