RU
Rusiya XİN-indən Qarabağla bağlı kritik bəyanat
18:51
793

Rusiya XİN-indən Qarabağla bağlı kritik bəyanat

Rusiyanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində erməni və azərbaycanlı həmkarları ilə sıx əlaqələrə malikdir.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun İrəvana səfərinin yekunlarına dair sualları cavablandırarkən bildirib.

“Biz hər iki tərəfə zərər verə biləcək hər hansı bir şey etmirik”. – deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın “Aykakan Jamanak”, “Jovoxurd” nəşrləri, həmçinin Rusiyanın “Kommersant” qəzeti Sergey Lavrovun İrəvana səfəri ilə bağlı sensasion sayıla biləcək məlumatlar yayıb.

Məlumata görə, Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olması qarşılığında Ermənistandan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun geri qaytarılmasını tələb edir./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ