“Biz həmkarlarımız ilə müxtəlif formatlarda qarşılıqlı fəaliyyətdəyik”.
Rusiya Xarici İşlər Nazirliyinə “Bakı-Moskva-Tehran oxunun” yaradılmasına dair heç nə məlum deyil. Rusiya “ox” yaratmaqla məşğul olmur, hamı tərəfindən qəbul edilən və rəsmi təşkilatlarda işləyir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Bakı-Moskva-Tehran oxunun yaradılmasına gəldikdə isə, mənə bu barədə heç nə məlum deyil. Biz çoxplanlı, çoxsahəli əməkdaşlığı müxtəlif formatda inkişaf etdiririk. Biz həmkarlarımız ilə müxtəlif formatlarda qarşılıqlı fəaliyyətdəyik. Müxtəlif ölkələrə mütəmadi səfərlər edilir. Düzünü desəm, ox barədə heç nə bilmirəm”, - Zaxarova jurnalistlərin suallarına cavab verərkən bildirib.
“Bizim xarici siyasət prioritetlərimiz hansısa ox üzrə münasibət qurmağı ehtimal etmir. Biz əgər birlik varsa, o zaman söhbətin ölkə biriliklərindən getdiyindən çıxış edirik. Bizdə belə birliklər var, mövcuddur və fəaliyyət göstərir. Bu, Avrasiya məkanına inteqrasiya edən MDB-də ola bilər, digər regional strukturlara da ola bilər. Ox isə Rusiyanın xarici siyasət leksikonundan deyil”, - o xatırladıb./oxu
7news.Az








