Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərə səfər edib.
Rusiyalı diplomat paytaxt Dohada Qətər əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşüb.
Lavrovla Qətər əmirinin görüşü bağlı qapılar arxasında keçirilib. Lavrovun Küveytin xarici işlər naziri ilə də görüşü gözlənilir.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Fars körfəzi ölkələrinə səfərə çıxıb. O, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərində görüşlər keçirəcək.
Rusiya xarici işlər nazirliyi səfərdən əvvəl bəyanat verib ki, rəsmi Moskva bu ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirmək, siyasi dialoqu dəstəkləmək, ticarət dövriyyəsini artırmaq, partnyorluğu dəstəkləmək, energetika, metallurgiya, sənaye, kənd təsərrüfatı və infrastruktur sahəsində layihələri müzakirə etmək niyyətindədir./olke.az
7news.Az








