RU
Rusiya XİN: Sanksiyalar siyasətimizi dəyişməyəcək
20:30
739

Rusiya XİN: Sanksiyalar siyasətimizi dəyişməyəcək

Rusiya ABŞ-la dialoqda Moskvaya qarşı sanksiyaların nəticə vermədiyini və Rusiya siyasətində dəyişikliyə səbəb olmayacağını izah edir.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Amerikalılarla dialoq zamanı onları başa salırıq ki, "Soyuq Müharibə”dən miras qalmış sanksiyalar və digər məhdudlaşdırıcı alətlər işləmir”, - rusiyalı diplomat Valday Beynəlxalq Müzakirə Klubunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Rusiya bu təzyiqə çoxdan uyğunlaşıb: "Bu sahədə mümkün əlavə tədbirlər, hansılar ki, qeyri-legitim, qeyri-qanunidir, onlar ABŞ və Qərbin bizim siyasətimizdə axtardığı hər hansı dəyişikliyə təkan verməyəcək, dəyişikliyə gətirib çıxarmayacaq”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ