RU
Rusiya XİN: UNESCO siyasiləşdirilmiş bəyanat verməyə üstünlük verib
20:00
483

Rusiya XİN: UNESCO siyasiləşdirilmiş bəyanat verməyə üstünlük verib

"UNESCO susmağı bacarır”.

7NEWS.Az-ın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyini rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə UNESCO-nun baş direktorunun Ukraynanın ərazi bütövlüyü ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Rusiyalı diplomat UNESCO-nu mandatına uyğun hərəkət etməməkdə günahlandırıb.

"UNESCO susmalı olduğu yerdə siyasiləşdirilmiş bəyanat verməyə üstünlük verib. Üstəlik, onlar susmağı bacarırlar. (Ukraynanın Donbass bölgəsində son 8 ildə baş verən humanitar hadisələrə münasibət nəzərdə tutulur – red. )”, deyə Zaxarova bu gün keçirdiyi brifinqdə UNESCO-nu sərt tənqid edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ