Rusiyada 13 işçinin iki həftədir qapalı vəziyyətdə qaldığı qızıl mədəninin operatoru xilasetmə işlərinin dayandırıldığını açıqlayıb. Mədəndəki sığınacaqların su, gil və buzla dolu olduğu bildirilib.
7NEWS.az xəbər verir ki, Rusiya-Çin sərhəddində, paytaxt Moskvadan təqribən 5300 kilometr şərqdə yerləşən Amur bölgəsindəki Pioner qızıl mədəni də ölkənin ən böyük mədənlərindən biridir. Daş uçması nəticəsində təxminən 120 metr dərinlikdə yerin altında qaldığı ehtimal edilən mədənçilər üçün 2 həftədir axtarış-xilasetmə əməliyyatı aparılıb.
7NEWS.az








