Rusiyada yol qəzası baş verib.
Hadisə Altay diyarının Kosixinsk rayonunda qeydə alınıb. Belə ki, "R-256” federal avtomobil yolunun 240-cı kilometrliyində 2 sərnişin avtobusu və 2 minik avtomobili toqquşub.
Qəza zamanı 13 nəfər xəsarət alıb. Onlardan 2-i ölüb, 11 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır./report
7news.Az








