RU
Rusiyada 250 nəfərlik terrorçu dəstə üzvləri tutuldu
16:50
239

Rusiyada 250 nəfərlik terrorçu dəstə üzvləri tutuldu

Dağıstanda hüquq-mühafizə orqanları "Şarapovskie” mütəşəkkil cinayətkar dəstəsinin üzvlərini saxlayıblar.

"İnterfax”ın xəbərinə görə, 250-dən çox üzvü olan cinayətkar dəstə 1998-ci ildə Mahaçqalada bir neçə insanın ölümünə səbəb olan və yüzdən çox insanın ağır yaralanması ilə nəticələnən terror aktı törədib.

2007-2015-ci illərdə isə onlar Dağıstanda və Moskvada iş adamlarını, hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürüb, insanları oğurlayıb, qəsbkarlıq və soyğunçuluq ediblər.

Cinayətlərin əsas təşkilatçıları və günahkarları saxlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ