RU
Rusiyada 3 uşaq atası olan azərbaycanlı azadlıqdan məhrum edilib
23:34
881

Rusiyada 3 uşaq atası olan azərbaycanlı azadlıqdan məhrum edilib

Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerli sakinə qarşı cinsi xarakterli hərəkətlər etməkdə müqəssir bilinən Azərbaycan vətəndaşı Füzuli Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2015-ci ilin 23 avqust tarixində baş verib.
O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Şəhərin prokuror köməkçisi İlsiya Şonoxovanın sözlərinə görə, üç uşaq atası olan Füzuli Əliyev etdiyi cinayəti boynuna alıb və məhkəmə prosesinin xüsusi qaydada aparılmasını xahiş edib.
Miqrant məhkəmə zalında həbs olunub./Report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ