RU
Rusiyada adam öldürən şəxs Goranboyda tutuldu
20:00
548

Rusiyada adam öldürən şəxs Goranboyda tutuldu

DİN məlumat yaydı.

Rusiyada adam öldürən şəxs Goranboyda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Goranboy rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 102-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Səfa Sadıqov tutulub.

Rusiyada axtarışda olan daha bir şəxs isə Gəncə şəhərində saxlanılıb.

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 29-da Vasif Novruzova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Adil Əzizov tutulub.

Onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olması da müəyyən edilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ